Bu gün Bakının bu ərazilərində su olmayacaq

7 Avqust 2022 09:30

Bülbülə və Əmircan qəsəbələrinin su təchizatında məhdudiyyətlər olacaq.

Milli.Az xəbər verir ki bu barədə "Azərsu" məlumat yayıb.

Bildirilib ki, magistral su kəmərində baş vermiş qəzanın aradan qaldırılması ilə əlaqədar 7 avqust 2022-ci il tarixində gün ərzində Suraxanı rayonu Bülbülə və Əmircan qəsəbələrinin bəzi ərazilərinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Milli.Az