Millimiz Qazaxıstanı məğlub etdi

6 Avqust 2022 19:32

Hindistanın Çennay şəhərində keçirilən Ümumdünya Şahmat Olimpiadasında Azərbaycanın kişi millisi növbəti qələbəsini qazanıb.

Kişi millisi VIII turda Qazaxıstanı 2,5:1,5 hesabı ilə məğlub edib.

Qazaxıstan - Azərbaycan 1,5:2,5

Rinat Cumabayev - Rauf Məmmədov - 0,5:0,5

Əlişir Süleymanov - Qədir Hüseynov - 1:0

Arıstanbəy Urazayev - Vasif Durarbəyli - 0:1

Qazıbəy Nökərbəy - Nicat Abbasov - 0:1

Qeyd edək ki, bu nəticədən sonra Azərbaycan millisi 13 xalla 4-cü sıraya yüksəlib.

Milli.Az