Bakıdan hansı rayonlara daha çox sərnişin axını var?

6 Avqust 2022 18:20

Yay mövsümündə daha çox şimal istiqamətində Quba, Qusar və Nabrana sərnişin axını çoxdur.

Bunu Trend-in sorğusuna cavab olaraq Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən bildiriblər.

Bildirilib ki, cənub marşrutu üzrə Masallı və Lerik rayonlarına, şimal-qərb marşrutu üzrə İsmayıllı, Qəbələ, Qax, Zaqatala rayonlarına səfər edən sərnişinlər üstünlük təşkil edir.

Ümumiyyətlə intensiv sərnişin axını Gəncə, Qazax və Mingəçevir istiqamətlərindədir.

Milli.Az