Zəvvarları daşıyan avtobus qəzaya düşdü, ölənlər var

6 Avqust 2022 17:16

Xorvatiyada baş verən avtobus qəzasında 12 nəfər həyatını itirib.

Milli.Az APA-ya istinadən bildirir ki, onlarla yaralının olduğu xəbər verilir.

Polşa nömrə nişanlı avtobus Bosniya-Herseqovinaya gedərkən qəzaya düşüb. Avtobusda polşalı zəvvarlar olub. Qəzanın baş verdiyi yolda nəqliyyat vasitələrinin hərəkəti dayandırılıb. Hadisənin baş vermə səbəbləri araşdırılır.

Milli.Az