"Məqsədlərimizə çatmaq üçün çox çalışmalıyıq"

6 Avqust 2022 10:12

Bədii gimnastika üzrə Azərbaycan milli komandasının Konyadakı V İslam Həmrəyliiyi Oyunları ərəfəsində Bakıda keçirilmiş yoxlama məşqi bayrama çevrildi.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu qrup hərəkətlər komandasının məşqçisi Siyana Vasileva deyib.

"Məşq zamanı Milli Gimnastika Arenasının tribunalarında çoxsaylı tamaşaçılar, o cümlədən uşaqlar var idi, hər kəs idmançılarımızın çıxışlarını dəstəkləyib. İdmançıların çıxışına gəlincə, düşünürəm ki, onlar yarışa yaxşı hazırlaşıblar. Təbii ki, üzərində işləyəcəyimiz kiçik qüsurlar var. İslam Həmrəyliyi Oyunlarında qrup hərəkətlərində komandadan yüksək nəticə gözləyirik", - deyə o bildirib.

Milli komandanın lideri, fərdi proqramda çıxış edən Zöhrə Ağamirovadan danışan S.Vasileva onun peşəkarlıq baxımından gündən-günə inkişaf etdiyini bildirib.

S.Vasilevanın sözlərinə görə, komanda üçün ən vacibi məqsədlərinə çatmaq üçün yaxşı işləməkdir.

"Bütün rəqiblər güclüdür, biz hamını yüksək qiymətləndiririk. Mən həmişə deyirəm ki, biz özümüz özümüzə rəqibik. Ən əsası odur ki, öz məqsədlərimizə çatmaq üçün yaxşı işləməliyik", - o deyib.

Milli.Az