Şəhidimiz Bakıda dəfn olundu - FOTO

6 Avqust 2022 12:30

12:30

Azərbaycan Ordusunun hərbi qulluqçusu Samir Səməd oğlu dəfn olunub.

APA xəbər verir ki, 2003-cü il il təvəllüdlü şəhid əsgər Samir Xudiyev Sabaunçu rayonu, Ramana qəsəbəsində yerləşən Şəhidlər xiyabanında torpağa tapşırılıb.

Dəfn mərasimində hərbçilər, rayon rəhbərliyi, ictimaiyyət nümayəndələri iştirak edib

Xatırladaq ki, avqustun 5-də Laçın rayonunda çətin relyefli ərazidə xidməti döyüş tapşırığını yerinə yetirərkən sıldırım qayalıqlardan qopan qaya parçası Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları əsgər Samir Səməd oğlu Xudiyev və əsgər Əliyev Tahir Çingiz oğlunun üzərinə düşüb. Hadisədə hər iki əsgərimiz şəhid olub.

-------

09:48

Azərbaycan Ordusunun Laçın rayonunda üzərinə qaya parçası düşməsi nəticəsində həlak olan hərbi qulluqçusu, 2003-cü il təvəllüdlü Xudiyev Samir Səməd oğlu ilə vida mərasimi başlayıb.

Milli.Az report-a istinadən xəbər verir ki, mərasim şəhidin Bakının Sabunçu rayonu, Ramana qəsəbəsində yerləşən evlərində keçirilir.

Mərasimdə şəhidin ailə üzvləri, yaxınları, rəsmi şəxslər və ictimaiyyət nümayəndələri iştirak edirlər.

Vida mərasimi başa çatdıqdan sonra şəhidin cənazəsi qəsəbədə yerləşən Şəhidlər xiyabanında torpağa tapşırılacaq.

Milli.Az