Bu ölkədə avtomobilləri yumamaq xahiş edildi

6 Avqust 2022 13:48

İsveçrənin Butte şəhərinin səlahiyyətliləri yerli sakinlərdən suya qənaət etmək üçün avtomobillərini yumamağı xahiş ediblər.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bələdiyyə şurası sakinləri yüksək temperaturla əlaqədar su istehlakını məhdudlaşdırmağa çağırır. Hovuzları doldurmamaq, avtomobilləri yumamaq, bağçaları sulandırmamaq tövsiyə olunur", - deyə məlumatda bildirilir.

Qeyd olunur ki, bu qərar Lonqayq çayında suyun səviyyəsinə təsir edən istilər səbəbindən verilib.

Milli.Az