Yolsuzluq avtomobili izdihama çırpıldı: Xəsarət alanlar var

6 Avqust 2022 13:56

ABŞ-ın Qallap şəhərində yolsuzluq avtomobili paradda iştirak edən izdihama çırpılıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, insident nəticəsində ikisi polis olmaqla on nəfərə yaxın adam xəsarət alıb.

Yolsuzluq avtomobilində olan sürücü və iki sərnişin polislər tərəfindən saxlanılıb.

Milli.Az