İsrail qüvvələri Fələstinin qərbində yerləşən Qəzza zolağına raket zərbələri endirib.
Milli.Az APA-ya istinadən xəbər verir ki, atılan 40 yaxın raket zərbələri nəticəsində 10 nəfər ölüb.
Yaralı sayının isə 55-ə yüksəldiyi bildirilib.
İsrail Müdafiə Nazirliyindən verilən açıqlamada, Müdafiə Qüvvələri son zamanlar Fələstin İslami Cihad Təşkilatının müxtəlif hərbi məntəqələrinə hücum edib və çoxlu sayda fəal məhv edilib.
Milli.Az