Bakıda ana və azyaşlı oğlunu avtomobil vurub

6 Avqust 2022 08:28

Bakının Səbail rayonunda yol-nəqliyyat hadisəsi zamanı 5 yaşlı uşaq və anası ağır xəsarət alıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə Cənubdərə adlanan ərazidə qeydə alınıb.

Belə ki, 1986-ci il təvəllüdlü Babayeva Gülnarə Məhəmməd qızını və övladı - 2017-ci il təvəllüdlü Babayev Seyfulla Teyfulla oğlunu minik avtomobili vurub.

Onlar yolu keçməək istəyərkən qəzaya düşüblər.

Hər ikisi ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Uşağın vəziyyəti daha ağır qiymətləndirilir.

Milli.Az