Bakıda yaşayış binasında yanğın olub

6 Avqust 2022 09:00

Bakı şəhərinin Nəsimi rayonunda beşmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsinin pilləkən qəfəsində quraşdırılan elektrik lövhəsində 10 ədəd sayğac və 3 p.m kabel yanıb.

Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, mənzillər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Milli.Az