ABŞ müdafiə naziri Latviyaya gedəcək

6 Avqust 2022 08:23

ABŞ-ın müdafiə naziri Lloyd Ostin gələn həftə Avropaya səfər edəcək.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə ABŞ Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Məlumata əsasən, L.Ostin Avropa turnesinə avqustun 8-də yola düşəcək. İlk növbədə müdafiə naziri Almaniyanın Ştutqart şəhərinə səfər edəcək.

Qeyd edilir ki, daha sonra L.Ostin Litvaya yollanacaq. Burada o, ABŞ-ın Latviyada və bütün Baltik regionunda mövcudluğunu davam etdirməyə hazır olduğunu bildirmək üçün yüksək səviyyəli liderlərlə görüşəcək.

Milli.Az