ABŞ-da yanğın: 10 nəfər ölüb

6 Avqust 2022 08:13

ABŞ-ın Pensilvaniya ştatında ikimərtəbəli yaşayış evində yanğın baş verib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə yerli polis idarəsinə istinadən "CBS" telekanalı məlumat yayıb.

Məlumata əsasən, yanğın nəticəsində 3-ü uşaq olmaqla 10 nəfər həlak olub, 3 nəfər isə yanğından xilas oluna bilib.

Hadisə ilə bağlı araşdırma başlanılıb, yanğını səbəbi müəyyənləşdirilir.

Milli.Az