Macarıstan və Polşa Aİ-ni dəstəkləmədi

6 Avqust 2022 08:03

Aİ ölkələri Macarıstan və Polşa istisna olmaqla, gələn qışda qaz istehlakını 15% məhdudlaşdırmaq planını təsdiqləyib.

Milli.Az Trend-ə istinadən bildirir ki, iki ölkənin planı dəstəkləməkdən imtina etməsi əksəriyyətin dəstəyinə ehtiyacı olan planın qəbuluna təsir etməyib. Aİ-yə üzv olan 27 ölkədən 25-i planı dəstəkləyib. Planın qəbul edilməsi üçün 15 ölkənin dəstəyi kifayət edir.

Milli.Az