Mahir oynadı, komandası heç-heçə etdi

6 Avqust 2022 07:05

Millimizin futbolçusu Mahir Emrelinin şərəfini qoruduğu Zaqreb "Dinamo"su Xorvatiya çempionatında 4-cü tur oyununa çıxıb.

Ante Çaçiçin baş məşqçisi olduğu komanda səfərdə "Varazdin"lə qarşılaşıb. Matç 1:1 hesabı ilə başa çatıb.

"Varazdin" - "Dinamo" (Zaqreb) - 1:1
Qollar
: Şpikiç, 45+1 (0:1), Seqo, 63 (1:1)

M.Emreli sözügedən görüşdə iştirak edib. Zədəsini yeni sağaldan hücumçu 46-cı dəqiqədə meydana daxil olub.

Qeyd edək ki, "Dinamo" hazırda 10 xalla turnir cədvəlinin 1-ci pilləsində qərarlaşıb.

Milli.Az