Yol-nəqliyyat hadisəsi zamanı piyada ölüb - FOTO

5 Avqust 2022 23:52

Ucarda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə bu gün axşam saatlarında Ucar-Zərdab yolunun Ucar rayonunun Xalac kəndindən keçən hissəsində qeydə alınıb.

Zərdab rayon sakini, 1995-ci il təvəllüdlü Tofiq Hətəm oğlu Qurbanov idarə etdiyi "VAZ 2107" markalı minik maşını ilə piyada, Ucar rayonunun Xalac kənd sakini, 1964-cü il təvəllüdlü Hüseyn Murad oğlu İsmayılovu vurub.

Ağır xəsarət alan piyada hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az