Benni Qantz 25 min ehtiyatda olan hərbçinin orduya çağırılması əmrini təsdiqləyib

5 Avqust 2022 23:28

İsrailin müdafiə naziri Benni Qantz cümə günü "əməliyyat məqsədləri üçün" ehtiyatdan 25 minə qədər hərbçinin çağırılması barədə əmr imzalayıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə İsrailin Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər.

"Müdafiə naziri Benni Qantz ehtiyatdan 25 minə qədər hərbçinin əməliyyat məqsədləri üçün çağırılması əmrini təsdiqləyib", - deyə açıqlamada bildirilir.

Xatırladaq ki, daha əvvəl İsrail ordusu Qəzza zolağında Fələstinin "İslam cihadı" terror qruplaşmasının hədəflərinə qarşı "Sübh" əməliyyatına başladığını elan edib.

Milli.Az