Avtomobillər toqquşub, xəsarət alanlar var - FOTO

5 Avqust 2022 23:21

Oğuz rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib.

Milli.Az "report"a istinadən bildirir ki, hadisə axşam saatlarında Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun rayonun Bucaq kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan "Hyundai" və "Opel" markalı avtomobillər toqquşub. Qəza nəticəsində 2 nəfər xəsarət alıb.

Yaralılar Oğuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Qəzaya yolun yağışlı və sürüşkənliyi səbəb olub.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az