Güclü yağışdan sonra Göygölə dolu düşüb

5 Avqust 2022 22:05

Qeyri-sabit hava şəraiti nəticəsində Göygöl rayonuna dolu düşüb.

Milli.Az APA-ya istinadən bildirir ki, bu gün axşam saat 21 radələrində güclü yağışdan sonra rayon mərkəzinə və ucqar kəndlərə dolu yağıb.

5 dəqiqə yağan dolu daha sonra leysan xarakterli yağışa çevrilib.

Qeyd edək ki, hazırda qərb bölgəsində yağışlı hava şəraiti davam edir.

Milli.Az