Ağ Ev yaxınlığında insanları ildırım vurdu - Ölənlər var

5 Avqust 2022 20:53

ABŞ-da Ağ Ev ilə üzbəüz yerləşən "Lafayette Park" ərazisində ildırım çaxması ölümlə nəticələnib.

Milli.Az "qafqazinfo"ya istinadən xəbər verir ki, iki nəfər - Viskonsin ştatından olan yaşlı cütlük aldığı xəsarətlərdən ölüb.

Yaralanan digər iki qurbanın vəziyyəti barədə isə hələlik məlumat verilmir.

Ağ Evin mətbuat katibi Karin Jan-Pyer hadisə ilə bağlı açıqlama verib:

""Lafayette Park"da baş verən insan itkisinə görə kədərlənirik. Yaxınlarını itirən ailələrlə birlikdə yas tutur, həyat uğrunda mübarizəyə davam edənlər üçün dua edirik".

Milli.Az