"MOL Group" "Azəri-Çıraq-Günəşli" üzrə hasilat həcmini açıqlayıb

5 Avqust 2022 20:32

2022-ci ilin ikinci rübündə Macarıstanın "MOL Group" şirkətinin "Azəri-Çıraq-Günəşli" neft-qaz yataqlarında hasilatı sutkada 14,8 min barel neft ekvivalentinə bərabər olub.

Milli.Az bildirir ki, Trend bu barədə şirkətin hesabatına istinadən məlumat verir. 2021-ci ilin ikinci rübündə hasilat 18,1 min barelə bərabər idi.

Beləliklə, Macarıstan şirkətinin AÇG üzrə hasilatı 18,2 faiz azalıb.

Eyni zamanda hasilat bu ilin birinci rübü ilə müqayisədə 3,9 faiz azalıb.

Qeyd edək ki, "MOL Group" tərəfindən "Azəri-Çıraq-Günəşli" blokunda və Bakı-Tbilisi-Ceyhan boru kəmərində payın satın alınması üzrə saziş 2020-ci ilin aprelində imzalanmışdı.

Milli.Az