Bakıda gənc oğlan faciəvi şəkildə ölüb

5 Avqust 2022 19:41

Xətai rayonunda gənc oğlan binadan yıxılıb.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə "Babək Plaza"nın yaxınlığında qeydə alınıb.

Həmin ərazidə yerləşən hündür mərtəbəli binanın 13-cü mərtəbəsindən yıxılan şəxs aldığı xəsarətlərdən həyatını itirib.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Hadisənin baş vermə səbəbləri araşdırılır.

Milli.Az