"Zirə" Peşəkar Futbol Klubunda Müşahidə Şurası yaradılıb

5 Avqust 2022 18:06

"Zirə" Peşəkar Futbol Klubunda Müşahidə Şurası yaradılıb

Milli.Az klubun saytına istinadla bildirir ki, "Zirə" Peşəkar Futbol Klubunda idarəçiliyin daha da təkmilləşdirilməsi və görüləcək işlərlə bağlı klubdaxili iclas keçirilib. İclasda bir sıra mühüm məsələlər müzakirə olunub və klubun Müşahidə Şurasının yaradılması haqqında qərar qəbul edilib. "Zirə" Peşəkar Futbol Klubunun fəxri prezidenti Orxan Məmmədov klubun Müşahidə Şurasının sədri seçilib. "AzFar Group" şirkətinin maliyyə direktoru Qabil Abdullayev, "Santral Elektrik" QSC-nin təsisçisi Fuad Rzayev, "Azərenerj" ASC-nin maliyyə departamentinin direktor müavini Fərid Cəfərov, veteran futbolçu Zaur Həşimov isə Müşahidə Şurasına üzv seçiliblər.

Milli.Az