Putin-Ərdoğan görüşü 4 saat davam edib, Qarabağ müzakirə olunub

5 Avqust 2022 21:08

21:08

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Soçiyə işgüzar səfəri çərçivəsində Rusiya Prezidenti Validimir Putinlə görüşü başa çatıb.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Qeyd olunub ki, görüş 4 saat davam edib.

Rusiya Federasiyası və Türkiyə prezidentləri Vladimir Putinlə Rəcəb Tayyib Ərdoğan hesab edirlər ki, Suriyanın siyasi birliyini və ərazi bütövlüyünü qoruyub saxlamaq vacibdir.

Bu barədə liderlərin cümə günü Soçi görüşündən sonra qəbul olunmuş birgə bəyanatında deyilir.

"Qaldırılan məsələlər arasında Suriyada baş verən son hadisələr də var. Tərəflər siyasi prosesin irəliləməsinə böyük önəm verdiklərini təsdiqləyiblər. Suriyanın siyasi birliyinin və ərazi bütövlüyünün qorunmasının vacibliyi qeyd edilib", - sənəddə deyilir.

---------

17:34

Milli.Az bildirir ki, danışıqlarda Suriya və Ukrayna ilə yanaşı, Qarabağ məsələsi də müzakirə olunur.

--------

16:32

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Soçiyə bir günlük işgüzar səfəri çərçivəsində Rusiya Prezidenti Vladimir Putinlə görüşü başlayıb.

Bu barədə "Anadolu" məlumat yayıb.

-------

14:34

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyaya yola düşüb.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.

"Prezident Rəcəb Tayyib Ərdoğan Rusiya Prezidenti Vladimir Putinin dəvəti əsasında Rusiyanın Soçi şəhərinə yola düşüb", - məlumatda qeyd olunub.

Milli.Az