Bu yolla rayona gedənlərin nəzərinə - Təmir işləri gedir

5 Avqust 2022 18:52

Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 58-ci km-lik hissəsində (Şamaxı rayonu istiqamətində) 5-6 avqust tarixlərində təmir işləri icra olunacaq.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən verilən məlumata görə, sürücülərdən sözügedən ərazidə hərəkətdə olarkən yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına riayət etmələri xahiş olunur.

Milli.Az