"Pajero" aşdı, ölən və yaralananlar var

5 Avqust 2022 15:32

Salyan rayonunda avtombil aşıb, ölən və yaralananlar var.

Milli.Az report-a istinadən xəbər verir ki, hadisə yeni Ələt-Astara magistral yolunun rayon ərazisindən keçə hissəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan "Mitsubishi Pajero" markalı avtombil anidən idarəetmədən çıxıb və yolun kənarındakı dərəyə yuvarlanıb.

İlkin məlumata görə, qəza nəticəsində 1 nəfər hadisə yerində ölüb, 2 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralılar Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az