Flora Kərimova Röya ilə FOTOsunu paylaşdı

5 Avqust 2022 14:44

Xalq artisti Flora Kərimova uzun müddət qalmaqal yaşadığı həmkarı Röya Ayxanla bağlı paylaşım edib.

Milli.Az olay-a istinadən xəbər verir ki, sənətçi Röyanın fan səhifələrindən birinin paylaşdığı fotonu instaqramda hekayə bölməsində izləyiciləri ilə bölüşüb.

Belə ki, həmin kadrda Əməkdar artist Manana Caparidze, Röya və F. Kərimova yer alıb. O, paylaşıma ürək stikeri əlavə edib.

Qeyd edək ki, R. Ayxan ötən il Flora Kərimova ilə barışdığını açıqlamışdı.

Milli.Az