"İran Rusiyaya 46 ədəd PUA verib"

5 Avqust 2022 16:16

Ukrayna Prezident Ofisinin rəhbərinin müşaviri Oleksiy Arestoviç İranın Rusiyaya 46 ədəd pilotsuz uçuş aparatı ötürdüyünü təsdiqləyib.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə Prezident Ofisinin rəsmisi "Feygin Live"ın efirində bildirib.

"Bəzi məlumatlara görə, onların tətbiqi artıq qeydə alınıb. İranın PUA-ları köhnə nəsil, əldəqayırma maşınlardır. Lakin onlar tapşırığın müəyyən hissəsini yerinə yetirməyə qadirdir. Çünki bu müharibədə hətta uşaq kvadrokopterləri də tapşırıq yerinə yetirə bilər", - O.Arestoviç vurğulayıb.

Onun sözlərinə görə, dronlardan istifadənin effektivliyi operatorların bacarıq və təcrübəsindən asılıdır.

Milli.Az