“Neftçi” Azərbaycanın reytinq xalını artırdı

5 Avqust 2022 13:00

Azərbaycanın UEFA reytinqində xal ehtiyatı artıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Konfrans Liqasının üçüncü təsnifat mərhələsinin ilk oyununda "Neftçi" "Rapid"i məğlub etdiyinə görə ölkəmizin aktivinə 0,250 xalı əlavə edilib. 

Azərbaycan əvvəlki kimi 29-cu sıradadadı.  

Milli.Az