Cənubi azərbaycanlı güləşçi səfirliyimizə hücumla əlaqədar idmançılara çağırış etdi

5 Avqust 2022 11:56

Çimərlik güləşi üzrə Azərbaycan millisinin baş məşqçisi və yunan-Roma güləşi üzrə yığmanın keçmiş üzvü Oyan Nəzəriani ölkə idmançılarına çağırış edib.

Milli.Az report-a istinadən xəbər verir ki, 28 yaşlı pəhləvan şəxsi instaqram səhifəsində paylaşım edərək, Azərbaycanın Böyük Britaniyadakı səfirliyinə edilən hücumu pisləyib.

"Azərbaycan səfirliyinə və bayrağımıza edilən şərəfsiz təcavüzü qınayıram! Şübhəsiz ki, bu hücum cəzasız qalmayacaq", - sözlərini yazan Nəzəriani bütün Azərbaycan idmançılarını bayraqla olan şəkillərini paylaşaraq, Vətən düşmənlərinə yerlərini göstərməyə çağırıb.

O fikirlərini Bəxtiyar Vahabzadənin "Bayraq" şeirindən bu misralarla tamamlayıb:

Bayraq mənliyimdir, bayraq kimliyim
Bayraq öz yurduma öz hakimliyim.

Qeyd edək ki, əslən Cənubi Azərbaycanın Urmiya şəhərindən olan Oyan Nəzəriani 2019-cu ildə çimərlik güləşi üzrə dünya çempionu titulunu qazanıb.

Milli.Az