Rusiyanın hərbi gəmiləri Bakıya gəldi - FOTO

5 Avqust 2022 11:44

Rusiya Hərbi Dəniz Donanmasının (HDD) gəmiləri və şəxsi heyəti avqustun 5-də Bakıya gəliblər.

Milli.Az bildirir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, Rusiyanın hərbi gəmiləri Azərbaycanın Xəzər dənizindəki ərazi sularında "Beynəlxalq Ordu Oyunları-2022" yarışları çərçivəsində keçiriləcək "Dəniz kuboku" müsabiqəsində iştirak edəcək.

Milli.Az