Yaxın üç ildə qida məhsulları üzrə 253 yeni standart qəbul ediləcək

11 May 2010 12:11
Komitənin mətbuat xidmətindən Milli.Az xəbər portalına daxil olan məlumata görə, bu müddət ərzində qida məhsulları üzrə 253 yeni standartın hazırlanması və təsdiqi planlaşdırılır. Bura uşaq qidaları, ət, balıq və onların məhsulları, şəkər və qənnadı məmulatları, alkoqollu və alkoqolsuz içkilər, yağ, qida əlavələri və digər məhsullar üzrə standartlar daxildir. Bu standartlar İSO, CEN və "Kodex Alimentarius" beynəlxalq standartları əsasında hazırlanacaq.

Qida məhsulları üzrə Texniki komitənin bu sahədəki fəaliyyətində Azərbaycan Respublikasının Səhiyyə və Kənd Təsərrüfatı nazirlikləri, həmçinin qida sənayesi sektorunda fəaliyyət göstərən 30-dək şirkətin nümayəndəsi iştirak edir.

Milli.Az