Ayağındakı tərliyə görə "tok" vurmadı

5 Avqust 2022 16:04

Böyük Britaniya sakini elektrik cərəyanı vurub və ucuz tərilk sayəsində sağ qalıb.

Milli.Az bildirir ki, onunla müsahibəni yerli "Manchester Evening News" portalı dərc edib.

Məlumata görə, 36 yaşlı Kerri Tettersli həyətindəki süni otları tozsoranla təmizləyirmiş və təmizlik işlərini bitirdikdən sonra uzatma kabelinə yaxınlaşaraq onu rozetkadan ayırıb. Bu zaman qadını elektrik cərəyanı vuraraq divara atıb. "Mən əllərimdən cərəyan keçdiyini hiss etdim", - deyə britaniyalı hisslərini bölüşüb.

Zərərçəkənin dediyinə görə, o, ağrı və nəfəs darlığından əziyyət çəkərək mətbəxə qaçıb və təcili tibbi yardım çağırıb. Xəstəxanada həkimlər elektrik cərəyanının onun qolunun sinirini zədələdiyini müəyyən ediblər. Bundan əlavə, həkimlər rezin tərliklərin xəstənin həyatını xilas etdiyini bildiriblər. Məlum olub ki, ayaqqabılar elektrik yükünün qadının bədənindən yerə çatmasının qarşısını alan izolyator olub.

"Mən şoka düşdüm. İndi daha yaxşıyam, baxmayaraq ki, əllərimi qaldırmaq hələ də çətindir. Və hamısı 30 funt-sterlinq dəyərində tərliklər sayəsində", - o deyib.

İrfan Vəliyev
Milli.Az