“Həyatımda qadın var, amma kəbinli arvadım deyil”

5 Avqust 2022 12:12

"Bizim kənddə belə bir adət-ənənə var ki, böyük yerbəyer olmalıdır, sonra kiçiklər gəlməlidir. Ailədə səkkiz uşaq idik. Ən sonuncu mən idim. Yalnız yeddi uşaq evləndikdən sonra növbə mənə çatacaqdı. O qədər gözləsəydim, istədiyim qız mənə çatmazdı. Bəlkə də qırxdan çox yaşım olardı. Ona görə o sevgini pozdum".  

Milli.Az bizim media-ya istinadən xəbər verir ki, bu sözləri müğənni Niyam Salami "Maqazin Plyusa" müsahibəsində deyib.  

İlk sevgisindən söhbət açan sənətçi, onunla qovuşa bilməməsinin səbəblərini dilə gətirib.

"O qızı qaçırda bilməzdim, çünki onuncu sinifdə oxuyurdu. Mümkün deyildi. Həmin xanım artıq ailə qurub. Ailəyə başqa cür baxıram. Ailə çox çətindir".  

N.Salami həyatında qadın olduğunu etiraf etsə də, münasibətlərini rəsmləşdirmədiyini açıqlayıb.

"Həyatımda qadın var, amma kəbinli arvadım deyil. Kişinin yanında qadın olur. Sevgi sözü həyat yoldaşına aiddir. Bir nəfərlə ürəyini bölməlisən".  

Milli.Az