Cənubi Koreyada xəstəxanada yanğın - Ölənlər var

5 Avqust 2022 10:48

Cənubi Koreyanın İnçhon şəhərində xəstəxanada baş verən yanğın nəticəsində 5 nəfər ölüb, 37 nəfər yaralanıb.

Bu barədə report Cənubi Koreyanın "Renhap" nəşrinə istinadən xəbər verir.

Yanğın dördmərtəbəli xəstəxananın sonuncu mərtəbəsində baş verib. Hadisə zamanı binada 46 nəfər olub, 3 pasiyent və 1 tibb bacısı daxil olmaqla, 5 nəfər ölüb.

Yanğın söndürülüb, hadisənin səbəbləri araşdırılır.

Milli.Az