Gökhan Demeti “səviyyəsiz” adlandırdı

5 Avqust 2022 17:48

"Athena" qrupunun solisti Gökhan Özoğuz həmkarı Demet Akalının gündəm olan hərəkətinə irad bildirib.

Milli.Az olay-a istinadən xəbər verir ki, sənətçi bu barədə müsahibələrinin birində danışıb.

O Akalının sözügedən görüntülərini qınayıb:

"Çox xain və səviyyəsiz bir davranışdır. Bu hadisə dünyanın harasında baş versə insanlar belə sərt reaksiya verər. Artıq belə şeyləri çox görürəm".

Qeyd edək ki, D. Akalın səhnə aldığı klubda işçinin başına şampan töküb. Bu anları OLAY görüntüləyib.

Milli.Az