Paraplançının paraşütü açılmadı - Anbaan VİDEO

5 Avqust 2022 15:40

İspaniyada peşəkar paraplançı Kevin Filip səmada olarkən ölüm təhlükəsi ilə üz-üzə qalıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, hadisəni onun dostları və üzərində olan kamera anbaan qeydə alıb.

İdmançının əvvəl əsas, sonra isə xilasedici paraşütü işə düşməyib.

Nəhayət mexaniki paraşütü işə salan  K. Filip ölümdən xilas ola bilib.

Milli.Az