Enrike Mora Mixail Ulyanovla görüşüb

5 Avqust 2022 08:52

Vyanaya gələn İranın baş müzakirəçisi Əli Baqeri Kani Aİ həmkarı Enrike Mora və Rusiyanın Vyanadakı beynəlxalq təşkilatlardakı daimi nümayəndəsi Mixail Ulyanov ilə ikitərəfli görüşlər keçirib.

Milli.Az Trend-ə istinadən bildirir ki, İranın baş müzakirəçisi Əli Baqeri Kani və Aİ diplomatiya rəhbərinin müavini Enrike Mora Vyanada ikitərəfli görüş keçiriblər.

Görüşdə hər iki tərəf İranın nüvə proqramı üzrə razılaşma - "JCPOA" ətrafında son hadisələri müzakirə ediblər.

Ulyanov Rusiya tərəfinin İranın nüvə sazişinin bərpası üzrə konstruktiv danışıqlara hazır olduğunu bildirib.

Milli.Az