Ən böyük ticarət mərkəzində baş verən atışma araşdırılır

5 Avqust 2022 08:17

ABŞ polisi Minnesota ştatının Blumington şəhərindəki "Mall of America" ticarət mərkəzində naməlum şəxsin atəş açması ilə bağlı insidenti araşdırır.

Milli.Az Trend-ə istinadən bildirir ki, polisin məlumatına görə, "çoxlu sayda hüquq-mühafizə orqanı əməkdaşı" hadisə yerindədir. Ticarət mərkəzinin "Twitter" səhifəsində "bircə hadisə baş verdi" qeyd edilib. Ticarət mərkəzinin binası giriş-çıxış üçün bağlandı.

Fox News, güllə səsi olduğu güman edilən görüntülərini yayımladı. Polis atışma faktını təsdiqləməyib. "Mall of America" qərb yarımkürəsində ən böyük ticarət mərkəzidir.

Milli.Az