İspaniyada naməlum mənşəli hepatitdən ilk uşaq ölümləri

5 Avqust 2022 07:14

İspaniyada mənşəyi məlum olmayan hepatitdən ilk uşaq ölümləri qeydə alınıb.

Milli.Az "qafqazinfo"ya istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, 6 yaş və 15 aylıq iki uşaq qaraciyər transplantasiyasından sonra dünyasını dəyişib. Artıq ölkədə təxminən 50 uşaqda xəstəliyə yoluxma faktı müəyyən olunub.

Milli.Az