Azərbaycanın Londondakı səfirliyinə hücuma görə 8 nəfər saxlanılıb - FOTO

5 Avqust 2022 00:12

Azərbaycanın Londondaki səfirliyinə hücumla bağlı 8 nəfər saxlanılıb.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə zamanı xəsarət alan olmayıb, faktla bağlı araşdırma davam edir.

London polisinin sözçüsü bildirib ki, onlar yerli vaxtla saat 16:30 radələrində bir qrup etirazçının səfirlik binasına daxil olması barədə məlumat aldıqdan sonra hadisə yerinə gediblər. 8 nəfər səfirlik binasına qanunsuz daxil olmaqda və binaya zərər vurmaqda şübhəli bilinərək saxlanılıb.

Milli.Az