FHN əməkdaşları dənizdə batan 3 nəfəri xilas edib

4 Avqust 2022 23:57

"Bilgəh" və "Xaçmaz" sularda xilasetmə məntəqələrindən kənarda (qeyri-çimərlik ərazi) çimərkən 3 nəfər batma təhlükəsi ilə üzləşib.

Milli.Az bu barədə Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.

Onlar Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən xilas olunub.

Milli.Az