Goranboyda avtomobil ağaca çırpılıb, sürücü ölüb

4 Avqust 2022 23:17

Goranboyda ölümlə nəticələn yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Yeni yol kəndində qeydə alınıb.

Hərəkətdə olan "Mercedes" markalı minik avtomobilinin sürücüsü idarəetməni itirib. Nəticədə maşın yoldan çıxaraq ağaca çırpılıb. Qəza zamanı sürücü, 1989-cu il təvəllüdlü Babayev Əli Söhbət oğlu hadisə yerində ölüb. Avtomobildə olan sərnişinlər - 1984-cü il təvəllüdlü İbrahimov Azər Tofiq oğlu və 1972-ci il təvəllüdlü Zeynalov Cabbar Kərim oğlu xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

Milli.Az