Norveç kralı xəstəxanaya yerləşdirilib

4 Avqust 2022 23:14

Norveç kralı V Harald qızdırma diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Kral Sarayından məlumat verilib.

Bildirilir ki, 85 yaşlı kralın vəziyyəti sabitdir.

Qeyd edək ki, 31 il əvvəl taxta çıxmış V Harald son illərdə çox sayda cərrahiyyə əməliyyatı keçirib. 2021-ci ildə Covid-19-a yoluxmuş kral sağaldıqdan sonra dizindən əməliyyat olunub. 2020-ci ildə isə onun ürək klapanları dəyişdirilib.

Milli.Az