Sabah taxıl daşıyan daha 3 gəmi yola düşəcək

4 Avqust 2022 22:54

Avqustun 5-də taxıl daşıyan daha 3 gəminin Ukrayna limanlarından yola düşməsi planlaşdırılır.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin yaydığı məlumatda deyilir.

Qeyd edək ki, avqustun 2-də Ukraynanın Odessa limanından​ yola düşən taxıl ilə dolu ilk gəmi İstanbula çatıb. Birgə Koordinasiya Mərkəzinin üzvləri tərəfindən gəmiyə baxış keçirilib.

Milli.Az