“Baydenin oğlu” saxlanıldı

4 Avqust 2022 21:04

Özünü Baydenin oğlu hesab edən gənc ABŞ səfirliyinin hasarından bir neçə məktub atmaq istəyərkən saxlanılıb.

Milli.Az unikal.org-a istinadən xəbər verir ki,  27 yaşlı Aleksandr Sbitnev özünü Amerika prezidentinin qeyri-qanuni oğlu hesab edir.

O, bu yaxınlarda Spassk-Ryazanskidən Moskvaya gəlib və yataqxanada qeydiyyatdan keçib.

2022-ci il avqustun 3-də o, ABŞ səfirliyinin binasına gələrək naməlum zərfi hasarın üstündən atmağa çalışıb. O, polis əməkdaşları tərəfindən tutulub və əraziyə polis çağırılıb. İndi polis məktubun məzmununu öyrənir.

Sosial şəbəkələrdə gənc yazır ki, Co Bayden onun atası, doğma şəhəri isə Sürixdir.

Milli.Az