Azyaşlı övladına içki içirən qadını polisə verdilər - FOTO

4 Avqust 2022 21:00

İngiltərəinin Dover şəhərində körpəsinə içki içirən qadının görüntüləri insanlar tərəfindən sərt təpki ilə qarşılanıb.

Milli.Az demokrat.az-a istinadən bildirir ki, gənc qadın içki şüşəsinin qapağında körpəsinə içki içirib və bunu sosial mediada paylaşıb.

Görüntüləri görən insanlar dərhal polisə xəbər veriblər.

Polis körpənin ata-anasını saxlayıb, daha sonra cərimələyərək buraxıb.

Milli.Az