Yoluxanlarla bağlı günün statistikası açıqlandı

4 Avqust 2022 16:30

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 495 yeni yoluxma faktı qeydə alınıb, 360 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 3 nəfəri vəfat edib.

Milli.Az