Putin Qarabağla bağlı təcili iclas keçirib

4 Avqust 2022 16:12

Rusiya prezidenti Vladimir Putin Rusiya Təhlükəsizlik Şurasının operativ iclasını keçirib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə V.Putinin mətbuat katibi Dmitri Peskov deyib.

Onun sözlərinə iclas zamanı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın sabahkı səfəri, Qarabağdakı vəziyyət və digər məsələlər müzakirə olunub.

"Müzakirə olunan mövzular arasında Qarabağdakı vəziyyət də yer alıb və üçtərəfli bəyanatın bütün müddəalaraının icra olunmasının zəruriliyi vurğlanıb", - deyə o bildirib.

Milli.Az