MSK-nın Nəzarət-Təftiş Xidməti yaradıldı

4 Avqust 2022 16:08

Mərkəzi Seçki Komissiyasının tərkibində yeni xidmət yaradılır.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, MSK-nın bu gün keçirilən iclasında Nəzarət Təftiş Xidmətinin yaradılması məsələsi müzakirəyə çıxarılıb.

Müzakirələrdən sonra təklif səsə qoyularaq qəbul edilib.

Mərkəzi Seçki Komissiyası Nəzarət Təftiş Xidmətinin tərkibi müəyyən edilib.

Qərara əsasən Xidmətin rəhbəri Ramiz İbrahimov, üzvləri İlham Məmmədov, Tofiq Əsədov, Maliyyə Nazirliyinin, Vergi Xidmətinin nümayəndəsi, Hesablama Palatasının nümayəndələri qismində təsdiq edilib.

Milli.Az